Kolleclərə sənəd qəbulu nə vaxtdır? – RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları  I zona üzrə 17 mart, II zona üzrə 7 aprel, III zona üzrə isə 21 aprel tarixlərində keçiriləcək.

Bəs 9 illik kolleclərə imtahan vermək üçün sənəd qəbulu nə vaxtdır?    

Olaylar.az-a Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, sənəd qəbulu 2 ay sonraya planlaşdırılır:

"Sənəd qəbulu adətən mart-aprel aylarına təsadüf edir. Tarix dəqiqləşəndə bu barədə ictimaiyyətə məlumat veriləcək".

Qeyd edək ki, 2023/2024-cü tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu 4-24 aprel tarixlərində aparılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31