Bakıda bu marşrut xətləri üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək

Bakıda 11 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək.

Bu barədə Olaylar.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, Ümumxalq Hüzn Günü ilə əlaqədar yanvarın 20-də Parlament prospekti ilə kəsişən və birləşən küçələrdə avtomobillərin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 3, 6, 10, 18, 31, 37, 39, 53, 77, 96 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31