Azərbaycan həbsxanalarında  məhbus  jurnalistlərə rəftar daha xoşdur- ÖZƏL

"Avropa İttifaqı nümayəndələrinin rəsmilərinin vaxtaşırı Azərbaycana qarşı bu tipli şər və böhtan xarakterli açıqlamaları olur. Yəni əslində verilən bu açıqlama da bir o qədər təəccüblü deyil. Amma aydın məsələdir ki, Avropa İttifaqı ölkələri özlərinin də içərisində olduğu vəziyyətdir, həbsxanalarda da əslində vəziyyət göründüyü kimi deyil". 

Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

"Bu gün Fransa həbsxanalarında, misal üçün, bu yaxınlarda Korsikanın liderlərindən biri həyatını itirdi, döyülərək öldürüldü və bunu bədbəxt hadisə kimi qiymətləndirdilər. Yəni Fransa həbsxanasında jurnalistlərə, siyasi məhbuslara qarşı, həmçinin Avropa İttifaqının digər ölkələrində də bənzər şəkildə qeyri-insani rəftarlar edilir və bu bu gün də davam etməkdədir.
Azərbaycanla bağlı bu tipli xəbərlərin yayılması ilk dəfə deyil, son da olmayacaqdır və bu faktiki olaraq həm Avropa İttifaqının, həm də burada erməni maliyyəsi ilə qidalanan "konyak diplomatiyasına" aludə olmuş "rəsmilərin" atdığı şər və böhtandan başqa bir şey deyil. Bunların əksəriyyəti erməni lobbisinə bağlı olan şəxslərdir və bu şəxslər tez-tez bu tipli açıqlamalar verirlər və məqsədyönlü şəkildə tezis əsasında danışırlar ki, bunları da əsasən erməni lobbisindən gələn təlimat əsasında danışırlar. Bu da onlardan fərqlənən deyil.
Azərbaycandakı həbsxanaların və həbsxanadakı müxtəlif cəzalarla həbs edilmiş şəxslərin vəziyyətinə dair ciddi hesabatlar təqdim edir. Həm dövlət tərəfindən, həm də bir sıra insan haqları təşkilatları tərəfindən bu yöndə açıqlamalar var. Yəni bütün bu hesabatların qərəzliliyini əgər düşünürlərsə, gəlib özləri yoxlaya bilərlər. Azərbaycan bu tip məsələlərdə həmişə loyal olub və açıq qapı diplomatiyasına üstünlük verib. Yəni əgər fikirləşirlər ki, həbsxanalarımızda belə bir rəftar var, gəlib baxa bilərlər. Hətta mən sizə deyim ki, Azərbaycan həbsxanalarında  məhbus  jurnalistlərə rəftar daha xoşdur. Bu baxımdan, əslində bu elə də ciddiyə alınası bir məsələ deyil. Nə demələrindən asılı olmayaraq, reallıq göz qabağındadır. Nədənsə şübhə duyurlarsa, gəlib baxa bilərlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31