Şərurda şəhid ailələri ziyarət olunub

Milli Məclisin deputatı Cəbi Quliyev, Naxçıvan Gənclər və İdman Nazirinin müavini, Naxçıvan Gənclər və İdman Naziri vəzifəsini icra edən Məcid Seyidov, Naxçıvan Gənclər Fondunun könüllüləri Şərur rayonunda şəhid ailələrini ziyarət etiblər. 

Səhid Mədətli Zülal, İsmayılov Aqil, Zeynalov Azad və Xəlilli Muradın ailələrinə baş çəkən deputat və könüllülər şəhid ailələri ilə söhbət aparıb, onların problemləri ilə maraqlanıblar. 

Sonra şəhidlərin evlərində olan guşələrlə tanışlıq həyata keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31