Qızılcaya yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda son illər yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər nəticəsində qızılca xəstəliyi üzrə sabit epidemioloji vəziyyət müşahidə olunsa da, 2023-cü ilin aprel ayından başlayaraq əhali arasında bu xəstəliyin sporadik yayılma halları qeydə alınıb.

Olaylar.az-ın xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, yoluxma əsasən uşaqlar arasında müşahidə edilib. 2022-ci ildə ölkə ərazisində 1 nəfərdə qızılcaya yoluxma halı qeydə alınsa da, 2023-cü ilin yanvar-noyabr aylarında 1493 nəfər bu xəstəliyə yoluxub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31