Bakıda körpü qəzalı vəziyyətə düşüb - VİDEO
17 Yanvar 2024 09:02 SosialBakıda "Şamaxinka" körpüsü qəzalı vəziyyətdədir.
Oxu.Az xəbər verir ki, bu barədə görüntülər İTV-nin efirində yayımlanıb.
Belə ki, daş parçası körpüdən qoparaq hərəkətdə olan "Toyota Prius" markalı avtomobilin üzərinə düşüb.
Zərərçəkən Asiman Nuriyev bildirib ki, hadisə nəticəsində maşının arxa şüşəsi tamamilə sınıb.
Həmçinin, daşın onun çiyninə düşdüyünü də qeyd edib.
Ətraflı süjetdə:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31