"Qadınların pensiya yaşının azaldılması məsələsi gündəlikdə yoxdur" - RƏSMİ

Bu gün qadınların pensiya yaşının azaldılması məsələsi müzakirə olunmur.

Olaylar.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ötən ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Onun sözlərinə görə, məsələ "Əmək pensiyaları haqqında" qanunla tənzimlənir: "Pensiya yaşı mərhələli şəkildə artırılır. Ona görə də qadınların pensiya yaşının azaldılması məsələsi gündəlikdə yoxdur". (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31