Səbuhi Məmmədlinin vəziyyəti ağırdır
16 Yanvar 2024 12:05 SosialHazırda tanınmış jurnalist Səbuhi Məmmədli Yeni Klinikanın Cərrahiyyə və Transplantalogiya Mərkəzinin Anesteziologiya, Reanimasiya və İntensiv Terapiya şöbəsində müalicə alır.
Olaylar.az bildirir ki, TƏBİB-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulan Səbuhi Məmmədlinin vəziyyəti kritik ağır qiymətləndirilir.
Zəruri müayinə və müalicələri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31