Ötən il istehsalatda baş vermiş bədbəxt hadisələrin sayı AÇIQLANIB
16 Yanvar 2024 11:38 SosialÖtən il istehsalatda baş vermiş bədbəxt hadisələrin sayı açıqlanıb.
Olaylar.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev mətbuat konfransı zamanı deyib.
O bildirib ki, 2023-cü ildə 465 belə hadisə qeydə alınıb.
"İstehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində 78 nəfər ölüb, 431 nəfər xəsarət alıb.
Əmək münasibətlərinin pozulmasına görə, 1776 inzibati cərimə tətbiq olunub, cərimələrin ümumi məbləği 3 milyon 820 min manat təşkil edib 1 milyon 780 min manat məbləğində cərimə ödənilib", - deyə nazir müavini qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31