Nazirlik Çağrı Mərkəzinin nömrəsini dəyişdi
15 Yanvar 2024 13:05 SosialMaliyyə Nazirliyi Çağrı Mərkəzinin nömrəsini dəyişib. "Olaylar" xəbər verir ki, Maliyyə Nazirliyi vətəndaşların müraciətlərini artıq 012 404 46 99 nömrəsi ilə deyil, "8778" qısa nömrəsi vasitəsilə qəbul edəcək.
Məlumata görə, Çağrı Mərkəzinin xidmətindən istifadə etmək üçün vətəndaşlar "8778" qısa nömrəsinə stasionar və bütün #mobil telefonlardan birbaşa müraciət edə bilərlər.
Çağrı Mərkəzi qanunvericilikdə nəzərdə tutulmuş qaydada iş günlərində fasiləsiz olaraq saat 9.00-dan 18.00-a qədər fəaliyyət göstərir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31