Havaya görə məktəblərdə davamiyyət aşağı düşüb
15 Yanvar 2024 12:39 SosialHava şəraiti ilə əlaqədar Bakının ümumi təhsil məktəblərində şagirdlərin dərsə davamiyyət göstəricisi digər günlərə nisbətən qismən aşağı düşüb.
Bu barədə Olaylar.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, hava şəraiti ilə əlaqədar paytaxtdakı ümumi təhsil müəssisələrinin normal fəaliyyətinin təmin olunmasına diqqət daha da artırılıb, bu istiqamətdə müvafiq qurumlarla əlaqələr gücləndirilib.
Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin və təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31