Prokurorluq orqanlarında 94 qadın əməkdaş çalışır - Baş prokuror
15 Yanvar 2024 12:05 SosialProkurorluq orqanlarında 94 qadın əməkdaş çalışır.
Olaylar.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarına qulluğa yeni qəbul olunmuş gənclərin andiçmə mərasimində bildirib.
Bildirilib ki, onların 54-ü 2002-2019-cu il ərzində keçirilmiş 21 müsabiqə nəticəsində, 40-ı isə 2020-2023-cü ildə keçirilmiş 4 müsabiqənin nəticəsində işə qəbul edilmişdir.
"Müsabiqə yolu ilə işə qəbul edilmiş şəxslərin 9,3%-ni qadınlar təşkil edir.
Hazırda rəhbər vəzifədə işləyən 10 qadın işçidən 1-i idarə rəisi, 3-ü idarə rəisinin müavini, 1-i şöbə rəisi, 4-ü rayon prokuroru, 1-i isə rayon prokurorunun müavini vəzifəsində işləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31