Son 21 ildə prokurorluğa 1203 nəfər işə qəbul edilib - Kamran Əliyev
15 Yanvar 2024 12:02 SosialMüsabiqə yolu ilə prokurorluq orqanların qəbul olunmuş şəxslərin sayı prokurorluğun kadr korpusunun 89.1 %-ni təşkil edir.
Olaylar.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev yanvarın 15-də prokurorluq orqanlarına qulluğa yeni qəbul olunmuş gənclərin andiçmə mərasimində çıxışında bildirib. Qeyd olunub ki, son 21 ildə prokurorluğa 1203 nəfər işə qəbul edilib.
Onların 1097-i kişi, 106-sı isə qadındır.
Hazırda onlardan 1009 nəfəri prokurorluq orqanlarında əmək fəaliyyətini davam etdirir.
Müsabiqə yolu ilə prokurorluq orqanlarına qəbul olunmuş şəxslər prokurorluğun kadr korpusunun 89.1 %-ni təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31