Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi
13 Yanvar 2024 11:16 SosialHazırda müşahidə edilən küləkli və yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Olaylar.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
"Eyni zamanda, bütün məlumat sürət tablolarında "Güclü külək" və "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən hava şəraitini nəzərə almaları və müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir", - məlumatda deyilir,
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31