Bu ərazilərdə hündürmərtəbəli binaların tikilməsinə icazə verilməyəcək

Sıxlığın tənzimlənməsi və nizamlanması istiqamətində konkret həllər, planlar var. Bakının hansı ərazilərində, hansı həcmdə binaların tikilməsi Baş Planda nəzərdə tutulub.

Olayıar.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov deyib.

"Ərazilər tikinti sıxlığına görə 4 katqoriyaya bölünüb: yüksək, orta, az və seyrək sıxlıqlı ərazilər

Yüksək sıxlıqlı ərazilər 9 və daha yüksək mərtəbəli binaların olduqları ərazilərdir, orta sıxlıqlı 5-8, az sıxlıqlı 3-4 mərtəbəli və seyrək sıxlıqlı isə fərdi yaşayış evlərinin olduğu ərazilərdir. Bunlar Baş Planda öz əksini tapıb və tənzimlənir.

Gələcəkdə sahibkarlıq fəaliyyəti çərçivəsində və ya dövlət qurumları tərəfindən hər hansı tikinti işlərinin icrası istənilərsə bu sıxlıqlar nəzərə alınacaq. Sıxlıq zonalarının konkret hədləri var ki, ondan artıq tikmək imkanları olmayacaq", - deyə sədr müavini əlavə edib.

Müsahibənin tam versiyasını buradanoxuya bilərsiz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31