Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə rəis təyin edilib
12 Yanvar 2024 12:13 SosialRiad Qasımov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə rəis təyin edilib.
Bu barədə məlumatı Olaylar.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən təsdiq ediblər.
Qeyd olunub ki, o, 2023-cü ildən Baş idarə rəisi vəzifəsini müvəqqəti icra edirdi.
Xatırladaq ki, 1977-ci ildə anadan olan Riyad Qasımov 2013-2017-ci illərdə İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Departament rəhbəri olub. 2010-13-cü illərdə isə "Turkapital Holding B.S.C" şirkətinin Azərbaycandakı nümayəndəliyinin direktoru vəzifəsində çalışıb. 2009-10-cu illərdə Küveyt-Azərbaycan İnvestisiya Şirkətində, 2006-2009-cu illərdə isə Azərbaycan İnvestisiya Şirkətində işləyib. Riyad Qasımov əmək fəaliyyətinə 22 yaşında Azərbaycan Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri vəzifəsiylə başlayıb. 2006-cı ildə isə - 29 yaşında İqtisadi İnkişaf Nazirliyinin Hüquq şöbəsinin müdiri təyin olunub.