Jurnalist Səbuhi Məmmədlinin vəziyyəti yenidən pisləşdi, xəstəxana qəbul etmir
12 Yanvar 2024 12:09 SosialJurnalist Səbuhi Məmmədlinin vəziyyəti yenidən pisləşib.
Lent.az-ın məlumatına görə, jurnalist bu gün səhər saatlarında ağır vəziyyətdə Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparılıb. Lakin jurnalistin vəziyyəti ağır olduğu üçün xəstəxana onu qəbul etməyib. Bildirilib ki, o, reanimasiya şəraitində dialezə qoşulmalıdır və bu şərait həmin xəstəxanada yoxdur. Əlacsız qalan jurnalist "Zəfəran" klinikasına aparılıb. Həmin klinika da xəstəni qəbul etməkdən imtina edib. Ailəsi jurnalisti yenidən Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gətirib. TƏBİB-dən bildirib ki, jurnalistə Respublika Klinik Xəstəxanasında ilkin yardım göstərilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31