Taksiləri idarə edən sürücülər dövlətdən müəyyən güzəştlər əldə etməlidirlər- ÖZƏL

Günümüzün əsas nəqliyyat vasitələrindən biri taksidir. Taksilərə bu qədər ehtiyac olan şəhərdə adətən taksilərin əleyhinə yazılarla rastlaşırıq. Bu yazılar mediada nə qədər çoxluq təşkil etsə də, unutmaq lazım deyil ki, insanların taksi kimi rahat nəqliyyat vasitəsinə daim ehtiyacı var. İnsanlardan tələbat olduğu müddətdə də onların fəaliyyəti artacaq. 
Taksilərin üstünlüyü və keçirilməli olan islahatlar barədə nəqliyyat üzrə ekspert Aslan Əsədovun fikirlərini öyrəndik:

"Şəhər nəqliyyatının aparıcı elementlərindən biri sərnişin daşımanın mühim sahəsi olan taksi fəaliyyətidir. Taksi fəaliyyəti istər metro, istər marşurut, istər dəmiryolu və s. kimi daşımaların konkret son nöqtəsidir. Bu sərnişin daşımanın üstünlüyü ondan ibarətdir ki, qapıdan-qapıya daşıma prinsipi var. Vətəndaş öz həyətindən digər həyətə gedir, bu baxımdan üstünlüyü var. Metro, marşurut, liman evə qədər gələ bilməz, amma taksidə bu mümkündür. Bu sahədə dövlətin müəyyən tənzimlənmələri olmalıdır. Bu sahədə son dövrlər müəyyən islahatlar gedir və bu islahatlar öz nəticələrini verməyə doğru gedir. Çünki, bir qrup sahibkarlar var ki, onlar xüsusi avtomobillər alaraq bu avtomobilləri digər xarici şirkətlərə icarə müqaviləsiylə və ya müqaviləsiz, xüsusən də işçilərlə müqavilə bağlamadan, günlük 10-12-13 saat çalışmaqla onlara təhkim olunurdu. Bu da sahibkarlığın bir subyektidir. Taksiylə sərnişin daşımanın digər üstünlüyü ondan ibarətdir ki, taksi ilə bir ailənin, bir neçə şəxsin daşınması cəmiyyətdə olan insanların sinifi təbəqələşməsinə də gətirib çıxarda bilər. Əvvəllər deyirdilər ki, ancaq imkanlı insanlar taksidən istifadə etməlidir. Bu ucuzluq hamının taksiyə əl çatanlığını təmin etdi. Taksiləri idarə edən sürücülər dövlətdən müəyyən güzəştlər əldə etməlidirlər. Onların gələcəkdə banklara əl çatanlığının təmin olunması, məşğulluq proqramlarına qoşula bilmələri kimi faktorlar önəmlidir."

Ekspert güman edir ki, bu proses artıq başlayıb və uğurla davam etdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31