ASAN xidmət" növbəti beynəlxalq mükafat qazanıb
11 Yanvar 2024 11:16 Sosial9 yanvar 2024-cü il tarixində "StartupBlink" təşkilatı tərəfindən qlobal startap ekosistemi üzrə mükafatlandırma mərasimi keçirilib.
Sözügedən təşkilat hər il dünyada startap ekosisteminin ən uğurlu olduğu 100 ölkə və 1000 şəhər seçməklə qlobal startap xəritəsi formalaşdıran mötəbər beynəlxalq təşkilatdır.
Bu il isə "ASAN xidmət" "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi vasitəsilə innovasiya ekosisteminin inkişafına və startaplara dəstək mexanizmlərinin təşviqinə görə "Qafqazda ən yaxşı startap nəticələri" mükafatına layiq görülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31