Emil Rəhmanın qızının məktubu hər kəsi ağlatdı - FOTO
11 Yanvar 2024 10:15 SosialƏməkdar artist Rəhman Rəhmanın gəlini, mərhum müğənni Emil Rəhmanın həyat yoldaşı Sabrina Həmzəyeva paylaşımı ilə izləyicilərini kədərləndirib.
Olaylar.azxəbər verir ki, o, qızı Zəhranın atasına yazdığı sözləri yayımlayıb.
"Ata, öldün. Amma o dünyada çox yaxşı olacaqsan. Orada bir daha ölməyəcəksən. Səni çox sevirəm" deyə mərhum müğənninin qızı qeyd edib.
Xatırladaq ki, həyat yoldaşının sözlərinə görə, müğənni Zəhranın bioloji atası olmasa da, bunu heç vaxt qızına hiss elətdirməyib.
Emil Rəhmanoğlu 29 sentyabr 2023-cü ildə ürəktutmasından vəfat edib. (Qlobal.net)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31