Bu gündən şagird yerdəyişməsi müvəqqəti dayandırılır
10 Yanvar 2024 15:02 SosialYanvarın 10-u saat 17:00-dan 2023-2024-cü tədris ilinin I yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi müvəqqəti dayandırılır.
Elm və Təhsil Nazirliyindən Olaylar.az-a verilən məlumata görə, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq XI sinif üzrə yerdəyişmə prosesi tədris ilinin sonunadək aktiv edilməyəcək.
Məktəbəhazırlıq qrupları və I-X siniflər üzrə elektron yerdəyişmə prosesinin yenidən başlanılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31