Pensiyalar 10,8 faiz indeksləşdiriləcək - RƏSMİ
10 Yanvar 2024 12:21 SosialCari il üçün əmək pensiyalarının indeksləşdirilmə əmsalı olaraq 10,8 faiz proqnoz gözlənilir.
Olaylar.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov mətbuat konfransı zamanı çıxışında deyib.
"Yəqin ki, fevral ayının əvvəlində bu indeksləşdirmə həyata keçiriləcək. Fevral ayında həm yanvar, həm də fevral ayının indeksləşmə xərci vətəndaşı pensiyasına əlavə edilərək ödənilənəcək", - o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31