Lənkəranda qarışıq rejimli penitensiar müəssisəsi istismara veriləcək- ÖZƏL

Yaxın zamanda Lənkəranda qarışıq rejimli müasir penitensiar kompleksi istismara veriləcək. Bu barədə "Olaylar"a Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, ötən ilin dekabr ayında Umbakı qəsəbəsində yeni inşa olunmuş qarışıq rejimli müasir penitensiar kompleksi istifadəyə verilib.
O da bildirilib ki, nazirlik trəfindən azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasının diqqətdə saxlanılır. Hazırda 5.200-dən artıq məhkuma elektron nəzarət vasitəsi tətbiq edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31