Pensiya ödənişləri 16 faiz artıb
10 Yanvar 2024 11:40 SosialPensiya ödənişləri 2023-cü ildə 781 milyon manat və ya 16 faiz artaraq, 5 milyard 726 milyon manat təşkil edib.
Olaylar.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov mətbuat konfransında çıxışında deyib.
O qeyd edib ki, ötən il pensiyaların orta aylıq məbləği 17 faiz artaraq, 436 manata, yaşa görə pensiyaların orta aylıq məbləği 17 faiz artaraq, 467 manata çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31