DSMF-nin gəlirləri 16,6 faiz artıb
10 Yanvar 2024 11:39 Sosial2023-cü ildə Fondun gəlirləri ötən illərlə müqayisədə 16,6 faiz artıb.
Olaylar.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov mətbuat konfransında deyib.
O qeyd edib ki, fondun 2023-cü ildə gəliri 6 milyard 677 milyon manat təşkil edib.
"DSMF-nin gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları da ötən il 13 faiz və ya 613 milyon manat artaraq 5 milyard 197 milyon manata çatıb", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31