Alimlər anoreksiyadan əziyyət çəkən insanların beyinlərinin daha kiçik olduğunu müəyyən ediblər - ÖZƏL
10 Yanvar 2024 11:00 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Yemək pozğunluqlarının tədqiqi üzrə Enigma qrupuna daxil olan dünyanın 22 tədqiqat mərkəzinin tədqiqatçıları anoreksiyası olan və olmayan qadınların 2000 MRT beyin skanerindən əldə edilən məlumatları təhlil ediblər.
Olaylar.az xəbər verir ki, müqayisə bu patologiyası olan xəstələrdə beyin ölçüsünün əhəmiyyətli dərəcədə azaldığını göstərib.
Neyroloqlar müxtəlif ölkələrdən olan qadınların beyin skanlarının nəticələrini, o cümlədən anoreksiya ilə 685 və normal çəki olan 963 görüntüləri birləşdiriblər. Müəyyən edilmişdir ki, iştahsızlıq beynin aşınmasına səbəb olur: korteks incələşir, qabıqaltı həcmlər azalır və hüceyrələrin və onların arasındakı əlaqənin itirilməsi səbəbindən korteksin səthi azalır, bu da zəkaya təsir göstərir. Anoreksiyada bu dəyişikliklər digər psixi pozğunluqlarla müqayisədə 2-4 dəfə güclü olub. Xəstələrin sağalması zamanı beyin strukturunun əhəmiyyətli dərəcədə yaxşılaşması bu dəyişikliklərin qalıcı olmadığını göstərirdi. Alimlər beyin strukturlarının uzun müddətli məhvinin qarşısını almaq üçün erkən müdaxilənin vacibliyini vurğulayırlar. Müalicəyə çəki artımı, dərmanlar, fiziki terapiya və koqnitiv davranış terapiyası daxildir.