Vatsapda daha bir yenilik

Vatsap növbəti funksiyasını təqdim edəcək.

Olaylar.az xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Yaxın gələcəkdə istifadəçilər messencerdə fon silmədən yararlanaraq stikerlər hazırlaya və redaktə edə biləcəklər. Bunun üçün tətbiqdə xüsusi alət də yer alacaq. Yeniliklə istifadəçilər mövcud şəkilləri redaktə etmək imkanı da əldə edəcəklər.

Hazırda funksiya bəzi beta testçiləri üçün əlçatandır. Yaxın gələcəkdə yeniliyin geniş istifadəçilər üçün əlçatan olacağı gözlənilir. (axşam.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31