Bakı və Abşeronda külək güclənib, Quba və Ordubada qar yağıb – FAKTİKİ HAVA
10 Yanvar 2024 09:30 SosialSaat 8-ə olan məlumata görə, ölkə ərazisində qeyri-sabit, yağıntılı, küləkli hava şəraiti müşahidə olunur.
Bu barədə Olaylar.az-a ETSN-in Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 30-33 m/s, Şirvan, Beyləqan, Neftçalada 20 m/s, Yardımlı, Şəkidə 18 m/s, əksər rayonlarda isə 16 m/s-a çatıb.
Neft Daşları Stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4,8 metr olub. Quba, Ordubada qarın hündürlüyü 1 santimetr olub.
Ölkə ərazisində müşahidə olunan güclü külək günorta saatlarında tədricən mülayimləşəcək. Yağıntılı hava şəraiti isə yanvarın 12-si səhərədək davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31