Əcnəbi tələbələr Heydər Əliyev Mərkəzində olublar- ÖZƏL
9 Yanvar 2024 12:45 SosialAzərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müəllimi Fərqanə Məmmədova və əcnəbi tələbələr Heydər Əliyev Mərkəzində ekskursiyada olublar. Akademiyadan Olaylar-a bildirilib ki, Mərkəzdə tələbələr Azərbaycan tarixinin və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini izləmiş, xalqımızın adət-ənənələri, geyim və musiqi mədəniyyəti ilə yaxından tanış olmuşlar. "Mini Azərbaycan" sərgisində ölkənin tarixi keçmişini özündə yaşadan, müasir dinamik inkişafını əks etdirən tikililərin maketləri ilə tanış olmuşlar. Tələbələr eyni zamanda Uzun Həsənə həsr olunmuş sərgidə iştirak etmiş, Ağqoyunlu dövlətinə dair eksponatları izləmiş, müxtəlif məlumatlar əldə etmişlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31