Azad olunan ərazilərdə məşğulluq mərkəzlərinin fəaliyyətinin bərpasına başlanılıb

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

İşğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən 250-dən çox işəgötürənlə əlaqə qurulub, 70-dək işəgötürənin kadr ehtiyaclarının ödənilməsi istiqamətində dəstək göstərilib.

Olaylar.az xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli agentlik tərəfindən 2023-cü ildə əldə olunan nəticələr və 2024-cü il üzrə hədəflər mövzusunda keçirilən mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, işğaldan azad olunan ərazilərdə məşğulluq mərkəzlərinin fəaliyyətinin bərpasına başlanılıb.

"2023-cü ildə Füzuli şəhərində 16 işəgötürən üzrə 109 vakansiya təqdim edilib. 143 nəfər iştirak edib, 7 nəfər işlə təmin olunub. Laçın şəhərində 16 işəgötürən üzrə 200 vakansiya təqdim edilib. 163 vətəndaş iştirak edib, 12 nəfər işlə təmin olunub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31