Özünüməşğulluq proqramına neçə nəfər cəlb olunub?
9 Yanvar 2024 11:18 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
2023-cü ildə 17.362 nəfər özünüməşğulluq proqramına cəlb olunub.
Olaylar.az xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli agentlik tərəfindən 2023-cü ildə əldə olunan nəticələr və 2024-cü il üzrə hədəflər mövzusunda keçirilən mətbuat konfransı zamanı deyib.
"Onlardan 5610-nu qadın, 339 şəhid ailəsi, 1246 məcburi köçkünlər, 312 cəzaçəkmə müəssisəsindən azad olanlar, 2973-ü gənclərdir",- deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31