2 il ərzində bir neçə stansiyanın açılışı gözlənilir-Aslan Əsədov- ÖZƏL
8 Yanvar 2024 18:33 Sosial"2025-2039-cu illər ərzində yeni metro xətlərinin istifadəyə verilməsi, stansiyaların açılışının anonslarının edilməsi Baş planda göstərilmişdir. 2025-ci ilə qədər təxminən 2 il var. Bu 2 il ərzində bir neçə stansiyanın açılışı gözlənilir."
Bu sözləri Olaylar.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov qeyd edib:
"2025-2039-cu illər ərzində Baş planda qeyd olunan 21 metro stansiyasının istifadəyə verilməsi məsələsi reallığı əks etdirir. Çünki, Azərbaycan Respublikası işğaldan azad olunmuş ərazilərdə müvafiq nəqliyyat infrastrukturlarını sıfırdan yığıb. Bu ərazilərə böyük maliyə ehtiyatları cəmləşib. Artıq həmin ərazilərdə görülən işlərin təxminən 90%-i yekunlaşmaq üzrədir. Yerdə qalan işlər isə tikinti, quruculuq, abadlıq işləri olduğu üçün artıq əldə olunan məvaciblər və ora qoyulan investisiyaların qayıtması paytaxtda və digər ərazilərdə işlərin görülməsinə dəstək olacaq. Qarabağ ərazisinə qoyulmuş investisiya geri qayıdacaq. Buna görə də hər hansısa işləri görmək dövlət üçün əlavə yük olmayacaq. Bu işlərin görülməsi reallığa uyğundur."