Aygün Bəylərlə vida mərasimi başa çatdı
8 Yanvar 2024 13:10 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Azərbaycanın əməkdar artisti Aygün Bəylərlə (Hümmətova) ilə vida mərasimi keçirilir.
Olaylar.az xəbər verir ki, mərasim Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət evində keçirilir.
Vida mərasimində mərhumun ailə üzvləri, sənət adamları iştirak edir.
Əməkdar artist saat 13:00-da Suraxanı kənd qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, A.Bəylər 1975-ci ildə Bakıda anadan olub. O, uzun müddətdir onkoloji xəstəlikdən müalicə olunurdu. Əməkdar artist yanvarın 7-də Türkiyədə xəstəxanada vəfat edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31