Aygün Bəylərin ən böyük arzusu...

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Aygünün ən böyük arzusu Şuşaya getmək idi.

Olaylar.az xəbər verir ki, bu sözləri Avroviziya-2011-in qalibi Nigar Camal əməkdar artist Aygün Bəylərin vida mərasimində deyib.

"Aygün Bəylərin vəfatı çox böyük itkidir. Sonuncu dəfə dekabrın 30-da danışmışıq. Türkiyəyə yola düşürdü. Ən böyük arzusu Şuşaya bir daha getmək idi. Dedi ki, hər şey yaxşı olsa, Şuşaya gedəcəyəm. Çox təəssüf belə oldu. Çox çətindir. Allah rəhmət eləsin".

Qeyd edək ki, Aygün Bəylər 6 yanvarda Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib. (Axar.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31