Aygün Bəylərlə vida mərasimi keçirilir
8 Yanvar 2024 11:05 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Əməkdar artist Aygün Hümbətova (Bəylər) ilə vida mərasimi başlayıb.
Olaylar.az xəbər verir ki, mərasim S.Bəhlulzadə adına Mədəniyyət Mərkəzində keçirilir.
Sənət dostları A. Bəylərlə vidalaşmaq üçün bura toplaşır.
Əməkdar artist Suraxanı qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, 48 yaşlı Əməkdar artist uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, yanvarın 6-da Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Allah rəhmət eləsin! (Qafqazinfo)




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31