Məcburi  ilkin Mediasiya sessiyası özündə nəyi ehtiva edir?

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Respublikamızda artıq formalaşmış Mediasiya institutu mövcuddur və Mediasiyya Haqqında Qanun əsasında müraciət edən tərəflər müxtəlif kateqoriyalı işlər üzrə mövcud və yaxud da gələcəkdə yarana biləcək mübahisələrini mediasiya vasitəsi ilə həll edirlər.
Mediasiya Haqqında Azərbaycan Respublikası Qanununa əsasən Mediasiya prosessləri bir neçə mərhələdən ibarətdir. 
  Mediasiya prosesi tərəflər arasında  Mediasiya haqqında qanunun maddələrinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etməklə həyata keçirilir.Bəzi mübahisələr üzrə ilkin mediasiya selssiyaları məcburi xarakter daşıyır.    
    Görəsən  İlkin mediasiya sessiyası məcburi xarakterli olmasaydı mediasiya proseslərində tərəflər arasında mübahisənin həlli səviyyəsi nə qədər ola bilərdi? 
 Ölkəmizdə aparılan mediasiya prosesslərinə və nəticələrinə nəzər saldıqda ilkin mediasiya sessiyasının önəmli və vacib olduğu diqqəti cəlb edir.Məcburi İlkin mediasiya sessiyası olmadan tərəflər aralarında olan mübahisənin uğurlu həllinə böyük həcmdə nail olunması yetərli və ürəkaçan olmazdı.
Hesab edirəm ki,tərəflər arasında mübahisələrin mediasiya vasitəsi ilə uğurlu həllinin başlanğıcı və bünövrəsi məhz ilkin mediasiya sessiyasından başlayır.
Mediasiya haqqında Azərbaycan Respublikası qanunun  29.1-ci maddəsinə əsasən mediator ilkin mediasiya sessiyasında iştirak etmək üçün müraciət edən tərəflərə mediasiya prosesinin mahiyyətini, üstünlüklərini və qaydalarını izah edir,tərəflərlə birgə və ayrılıqda görüşlər keçirir. Həmin gün və ya tərəflərin müraciəti ilə mediatorun təyin etdiyi başqa gün tərəflər sonrakı mediasiya sessiyalarında iştirak etmək istəyib istəmədiklərinə dair qərar verməlidirlər.          
  Məhz ilkin mediasiya sessiyasında tərəflər mediasiyanın məqsədini,əhəmiyyətini və üstünlüklərini mediator vasitəsi ilə dərk edərək,tam mediasiya sessiyasına keçid etmək üçün üçtərəfli müqavilə bağlayırlar.Tam mediasiya nəticəsində Barışıq sazişinə imza atırlar.Təbii ki,tərəflərin mediasiya əsasında mübahisələrinin həlli eyni zamanda mediasiyanın(mediatorun)  uğurudur.Mediasiya haqqında qanunun da əsas məqsədi mediatorun vasitəçiliyi ilə tərəflər arasında olan münaqişəni azaltmaq və yaxud da tam həllinə nail ola bilməkdir.      
 Qeyd etmək lazımdır ki,xarici ölkə mediasiya təşkilatları ilə əməkdaşlıq çərçivəsində keçirilən görüşlərdən də aydın olur ki,Azərbaycan respublikasında tətbiq edilən mediasiya prosesləri daha çox uğurludur.Bu uğurun böyük hisəsinin məcburi ilkin mediasiya sessiyası nəticəsində qazanıldığını düşünürəm.Hesab edirəm ki,qanun qəbul edilərkən onun perespektivləri düzgün hesablanmış və vətəndaş cəmiyyətinin mənafeinə uyğun qəbul edilmişdir.
Bütün kateqorialı işlər üzrə vətəndaşlar,hüquqi şəxslər və sahibkarlar maraqlarına uyğun olaraq peşəkar mediasiya xidmətindən istifadə edə bilərlər.Mediasiya mübahisələrin alternativ həlli yoludur və mediasiya prosseslərində kofisediallıq (məxfilik) qorunur.
Bakı şəhəri 8 saylı Mediasiya təşkilatında peşəkar mediatorlar mediasiya xidmətlərini həyata keçirirlər.Mövcud və yaxud yarana biləcək mübahisələriniz üçün müraciət edin və mübahisələrinizi 8 saylı Mediasiya təşkilatında maraqlarınıza uyğun olaraq həll edin.
Ünvan:Bakı şəhəri,H.Əliyev pr.115,Sport Plaza B blok,10-cu mərtəbə,otaq 1006   Gmail:[email protected]  telefon:051-401-87-07,050-626-23-22 

Azad Rzayev

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31