Sənədsiz evlərlə bağlı Azərbaycan əhalisinə MÜHÜM XƏBƏR: kommunal xidmətlərə...- VİDEO

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Yeni tikilən fərdi yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacaq. Söhbət sənədsiz evlərdən gedir.

Tikintisinə icazə tələb olunan, amma icazəsiz inşa edilən və ya tikilməkdə olan mənzil və obyektlərin kommunal xidmətlərə qoşulması qadağandır. Yeni qaydaların isə bu ilin oktyabrdan sonra tikilən evlərə şamil ediləcəyi bildirilib. Ancaq uzun müddətdir mənzilləri olmasına baxmayaraq hələ də kommunal xidmətlərə qoşula bilməyən ailələr var.

Problem isə paytaxtla yanaşı bölgələrdə də yaşanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31