Neft Daşlarında dalğanın hündürlüyü 3 metrə çatdı
28 Dekabr 2023 10:21 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi bəzi yerlərdə güclü şimal-qərb küləyi əsir.
Xidmətdən bildirilib ki, küləyin maksimal sürəti Qobustanda 23 m/s, Balakən, Şəki, Altıağac, Naftalanda 20 m/s, Bakıda və Abşeron yarımadasında 29 m/s, əksər rayonlarda isə 19 m/s-dək güclənib.
Neft Daşları stansiyasının verdiyi məlumata əsasən, dalğanın hündürlüyü 3 metrə çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31