Sumqayıt Gömrük İdarəsinin əməkdaşları şəhid ailələrini və aztəminatlı ailələri ziyarət ediblər - FOTO

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Sumqayıt Gömrük İdarəsinin əməkdaşları qurumun fəaliyyət zonasına yaxın ərazilərdə yaşayan şəhid ailələrini və aztəminatlı ailələri ziyarət ediblər.

Olaylar.az xəbər verir ki, şəhid ailələrinin üzvləri ilə görüş zamanı bildirilib ki, qəhrəman vətən övladları hər zaman qəlblərdə yaşayacaq, onlar daim hörmət və ehtiramla anılacaqlar. Həmçinin tarixi zəfərimizin şəhidlərin qanı, canı bahasına qazanıldığı, onların qəhrəmanlığının gələcək nəsillərə nümunə olduğu vurğulanıb, vətənpərvər, mərd övladlar yetişdirdiklərinə görə şəhid ailələrinə sonsuz minnətdarlıq ifadə olunub.

Eyni zamanda şəhidlərin əziz xatirəsinin hər zaman uca tutulacağı, şəhid ailələrinin həmişə dövlətimizin, xalqımızın diqqət və qayğısı ilə əhatə olunacağı bir daha vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31