Səhiyyə Nazirliyindən qızılca ilə bağlı növbəti dəfə əhaliyə ÇAĞIRIŞ
27 Dekabr 2023 15:19 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Qızılca xəstəliyinə yoluxan insanların simptomları uşaq və böyüklər üçün eynidir, llakin böyüklər xəstəliyi daha ağır keçirir.
Olaylar.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva qızılca ilə bağlı danışarkən deyib.
O qeyd edib ki, 40 yaş üzəri insanların vaxtında vurdurduğu peyvəndin üzərindən təxminən 30-40 il keçib, yaxud da bəziləri ümumiyyətlə peyvənd olunmayıb.
A.Əliyeva xatırladıb ki, qızılcadan qorunmağın ən effektiv yolu peyvənddir:
"Peyvənd olunmayan hər yaşda insan qızılcaya tutula bilər. Peyvənd iki doza olmaqla 1 və 6 yaşında vurulmalıdır. 6 yaşdan böyük uşaqlar üçün 4 həftə ara verməklə iki doza halında peyvənd vurula bilər".