Psixoloqdan bayram tövsiyyəsi- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"Bilirəm həkimlər nə qədər çox yeməyin, çox hərəkət edin desələr də əməl etmirsiz. Ona görə də peşəkar psixologiya bu hallarda dövrəyə girir və həlledici dəstək ola bilir. Onu bilin ki, hər şey beynimizə verdiyiniz programlasma ilə baş verir. Bizi kökəldən heç də həmişə kalori deyil, beyinə verdiyimiz komanda, şüuraltımizda olan kodlardır". "Olaylar" xəbər verir ki, bunu deyən psixoloq Ramil Nəcəfli qeyd edib ki, adətən zəhərli, yağlı, çox yediyiniz zaman dilinizə bu sözləri vərdiş etdirə bilərsiz. "Mən nə yeyirməsə kokəlmirəm. Bu yemək mənə xəyirdir. Bu yemək məni kilo atmağa, enerji yığmağa kömək edir" - Belə dedikcə beyninizi yaxşı anlamda aldatmış olacaqsız və şüuraltı zərərsizləşdirmə hərəkətə keçir:
"Unutmayın ki, hətta xeyirli qidanı da "bu mənə ziyandır deyib, bu inancla yesəz o qıda başınıza bəla olar. Yaxud əksinə, yağlı qidanı, şokoladı, tortu hər yedikcə "bunu mənim bədənim tez əridib zülala çevirir" desəz beyin və şüuraltı həmin komandanı alir. ​ Digər vacib tövsiyyə ondan ibarətdir ki, sürətlə yeməyin, çox çeynəyin. Yavaş-yavaş yeyin. Belə edəndə həm yediyinizin​ və yeməyin dadının fərqində olacaqsız. Həm də nə qədər çox çeynəyib yesəz beyinə informasiya çatar. Yoxsa sürətlə yeyəndə beyinə doyma hissi bildirən informasiya gec çatır.
Bir digər güclü effektiv məsləhətim odur ki, nə yesəz onu yeməkdən əvvəl burnunuza çəkin, qoxusunu içinizə alın. Yeyin, için, amma stressə məğlub olmayın. Onu da bilin ki, stressə düşəndə beyninizə bol oksigen getməsini təmin etmək üçün gün ərzində heç olmasa 2 dəfə 7-8 dəqiqə olmaqla ard-arda​ uzun nəfəs alın, burnunuzla və agzinizla həmin nəfəsi buraxın. Yağlı, kalorili yeməklər, içkilər qəbul etsəniz 8-10 dəqiqə ərzində qarnınızla uzun nəfəs alıb verin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31