“YouTube”a bu il 4 milyarddan çox yeni video əlavə edilib

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Musiqi, vlog kimi saysız-hesabsız məzmun növlərinin mərkəzinə çevrilən "YouTube", son illərdə bir çox məzmun istehsalçısının ən çox müraciət etdiyi ünvan olub.

Olaylar.az-ın məlumatına görə, Ethen Zuckerman adlı tədqiqatçı "YouTube" haqqında araşdırma məqaləsi paylaşıb.

Paylaşılan hesabata görə, hazırda platformada 13,3 milyarddan çox video var. "YouTube", 2023-cü ildə 4 milyarddan çox yeni video ilə istifadəçilərinə xidmət göstərib. "YouTube"un əlavə orta baxış sayı 39 olaraq açıqlanıb.

Qeyd edək ki, "YouTube" dünyanın ən böyük video paylaşma sistemlərindən biridir. 15 fevral 2005-ci ildə 3 köhnə "PayPal" işçisi tərəfindən qurulmuş və 2006-cı ilin oktyabrında "Google" tərəfindən satın alınıb.

"Tube" sözü Cathode Rals Tube; Televiziya tubiki - borusu (elektron şüa borusu) sözündən gəlmişdir. "Broadcast Yourself" - "Özünü Yayımla" şüarı ilə yola çıxıb. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31