Əjdaha ilində kimlərə sui-qəsd olacaq?- Astroloq açıqladı

"Hər astronomik ildə, tutaq ki, pələng ili, dovşan ilində hansı hadisələr olubsa, xronologiyaya baxıb tarixdə o ildə daha çox hansı hadisələr olursa, ona nəzərən demək olar ki, bu il filan hadisələrə meyillidir."

Bu sözləri Olaylar.az-a açıqlamasında astroloq Səbuhi Rəhimli söyləyib:

"Məsələn, pələng ilini tarixdən müharibə ili adlandırıblar. Araşdırıb gördüm ki, 100 illik müharibə, xeyli xırda müharibələr, I və II Dünya müharibələri pələng ilinə düşür. Hətta II Dünya savaşından sonra ən böyük dağıdıcı müharibə olan Rusiya-Ukrayna müharibəsi də məhz pələng ilinə düşdü. Elə illər var zəlzələyə meyillidir, eləsi var digər təbii fəlakətlərə, təyyarə qəzalarına. Əjdaha ilinə baxanda daha çox liderlərin aradan qaldırılması istiqamətində sui-qəsdlərə, müəyyən təbii fəlakətlərə rast gəlirik. Bu o demək deyil ki, bütün əjdaha illərində həmişə fəlakətlər olur. Baxıb, nəzər salırıq ki, daha çox zəlzələlər özünü göstərir və Azərbaycanda da 2000-ci ildə olan zəlzələ əjdaha ilinə düşmüşdü. Bunu tutub, mütləq belə olacaq da deyə bilmərik."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31