Azercell Yeni il öncəsi yenilənmiş rouminq xidmətini təqdim edir
26 Dekabr 2023 12:15 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Lider mobil operator 160 ölkədə 390-dən çox şəbəkədə rouminq xidməti təklif edir
Olaylar.az xəbər verir ki, Azercell abunəçilərin rouminqdə müştəri təcrübəsini inkişaf etdirmək məqsədi ilə Yeni il öncəsi yenilənmiş rouminq xidmətini təqdim edir.
- İndi rouminq internet paketləri daha əlçatandır. Azercell 60-dan çox şəbəkəni əlavə etməklə rouminq internet paketlərinin əhatə dairəsini daha genişləndirdi. Artıq abunəçilər 88-dən çox ölkədə 210 operatorun şəbəkəsində Azercell-in sərfəli rouminq internet paketlərindən faydalana bilərlər. Bundan başqa, paketlərdən istifadə zamanı manual şəbəkə seçiminə ehtiyac qalmadı.
- Səyahət zamanı "Kabinetim" tətbiqindən, Azercell-in rəsmi saytından və canlı çatdan istifadə (Live chat) nəticəsində yaranan trafikə görə xidmət haqqı tutulmayacaq.
- Eyni zamanda tərəfdaşların çoxsaylı istəklərini nəzərə alaraq, korporativ müştərilər üçün xüsusi olaraq yeni 10 GB həcmində rouminq internet paketi istifadəyə verildi.
Azercell-in rouminq xidməti haqqında ətraflı məlumat əldə etmək üçün:
https://www.azercell.com/az/personal/plans-and-services/roaming.html
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31