Sosial ödənişlərin verilməsi niyə gecikir? - RƏSMİ AÇIQLAMA

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Bir müddət öncə dekabr ayının sosial yardımlarının bayramla əlaqədar olaraq hər zamankından daha tez - dekabrın 22-nə kimi ödənilib yekunlaşacağı bildirildi. Lakin vətəndaşlar arasında ödənişlərin gecikməsi ilə bağlı şikayətlər səsləndirilir.

Olaylar.az xəbər verir ki, məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, ay bitmədən ödənişlər yekunlaşmış olacaq.

"Respublika üzrə pensiyaların ödənişi yekunlaşıb. Digər sosial ödənişlər isə gecikmir, ay sonunda ödənişlər yekunlaşmış olacaq", - deyə qeyd edilib.

Qeyd edək ki, 8 dekabr tarixində Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31