Güclü külək əsəcək - XƏBƏRDARLIQ
25 Dekabr 2023 16:55 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Bakıda və Abşeron yarımadasında dekabrın 26-da gecə və səhər, 27-də günün ikinci yarısında cənub-qərb küləyinin 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.
Bu barədə Olaylar.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Dekabrın 25-i axşamdan 28-i gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31