İşğaldan azad olunan ərazilərdə bu qədər yaşıllıq zollağı salınıb - RƏSMİ
25 Dekabr 2023 13:49 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
İşğaldan azad olunan ərazilərdə 100 hektar yeni yaşıllıq zollaqları salınıb
Olaylar.az xəbər verir ki, bunu Ağdamda keçrilən Ekoloji məsələlər üzrə işçi qrupunun iclasında Ekologiya və təbii sərvətlər nazirinin müavini, İşçi qrupun rəhbəri Vüqar Kərimov deyib.
Onun sözlərinə görə, 2023 - cü ildə planda nəzərdə tutulan 100 hektar yaşıllıq zolaqlarının salınması başa çatdırılıb.
"Bu planımızı artıq yerinə yetirilib. Təkcə qalıb Füzulidə 15 hektar il sonuna qədər həmin yaşıllıq zolaqlarını Füzuli hava limanına yaxın ərazidə bitirəciyik və 100 hektar bu ilki ilə nəzərdə tutulmuş yaşıllıqların meşə zolaqların salınması başa çatacaq. Eyni zamanda meşə bərpa işləri var. Meşə bərpa işləri 42 hektar Cəbrayıl rayonunda keçirtmişik. Zəngilanda 40 hektar və Füzulidə 2 hektar. 2 hektar və 40 hektar il sonuna qədər tamamlanacaq. 85 hektar yaxın meşə bərpa işləri bu il icra olunub.
100 hektardan çox yeni yaşıllıq zolaqları salınıb Zəngilanda, Cəbrayılda, Füzulidə, Ağdamda. Meşə bərpa işləri icra olunubRəqəmlərin fərqli olması ərazilərin minalı olması ilə bağldır. Ərazilər minadan təmizlənir və biz ordan sertifkat alıdıqdan sonra o ərazidə başlaya bilirik. 20 hektar planlamışıq yeni yaşıllıq zolaqlarının salınması ilə bağlı artıq onun 11 hektarında yaşıllıq zolaqları salınıb.