22 nəfər notariat fəaliyyəti ilə bağlı testdə uğur qazanıb

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Ədliyyə Nazirliyinin İxtisas Komissiyasından "Olaylar"a bildirilib ki, bəzi bölgələrdə notariat fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqşünaslar üçün elan olunmuş müsabiqə üzrə keçirilmiş test imtahanında zəruri keçid balı toplamış 46 namizədlə fərdi qaydada müsahibə aparılıb. İxtisas Komissiyası tərəfindən müsahibənin nəticələrinə əsasən aşağıda adı göstərilən uğur qazanmış namizədlərin Ədliyyə Akademiyasında icbari təlimə buraxılmaları, o cümlədən notariat fəaliyyəti üzrə təcrübə keçmələri barədə qərar qəbul edilib. Müsahibənin nəticələrinə görə 22 nəfər uğur qazanıb.

Uğur qazanan namizədlər dekabr ayının 26-da saat 09.00-da Ədliyyə Akademiyasında olmalıdırlar (Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31). Bildiririk ki, icbari təlimin yekunları üzrə qiymətləndirmədən müvəffəqiyyətlə keçənlərə notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamənin verilməsi məsələsinə baxılacaqdır.

Əlavə məlumatı nazirliyin Ədliyyə sahəsində xidmətlər baş idarəsindən əldə etmək olar (əlaqə telefonları: 404-42-28, 404-42-19).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31