Bu gündən Milli QHT Forumunun regional forumları başlayır

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Bu gündən etibarən Azərbaycan Milli QHT Forumunun regional forumları başlayır.

Olaylar.az xəbər verir ki, ilk belə tədbir bu gün Lənkəran şəhərində keçiriləcək.

Bu regionu əhatə edən qeyri-hökumət təşkilatlarının nümayəndələri foruma toplaşacaq. Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib ki, regional forumlarda əsas məqsəd bölgələrdəki ehtiyacları və vəziyyəti yerində qiymətləndirməkdir.

Qeyd edək ki, AMQF-nun regional forumları yanvarın 8-dək davam edəcək. Regional forumların dekabrın 26-da Qubada, dekabrın 27-də Şəkidə, dekabrın 29-da Gəncədə, 2024-cü il yanvar ayının 8-də Naxçıvan şəhərində davam etdirilməsi nəzərdə tutulur.

Yanvarın 10-da isə Azərbaycan Milli QHT Forumu Bakıda Ümumrespublika Forumu keçirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31