Vətəndaşların şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti lazımdır - Məzahir Pənahov

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Bizə vətəndaşların şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti lazımdır.

Olaylar.az bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, şəxsiyyət vəsiqələrinin yeni forması təsdiq edilib və orada artıq sadəcə etibarlılıq müddəti göstərilir.

"Bizim formada isə köhnə nəsil şəxsiyyət vəsiqələrinə uyğun olaraq vəsiqənin verilmə tarixi də tələb edilir. Amma vətəndaş, bütün tərəflər bilməlidir ki, bizə əvvəl şəxsiyyət vəsiqəsinin verilmə tarixi bizə sənədin etibarlı olub-olmaması üçün lazım idi. Yeni nəsil şəxsiyyət vəsiqələrində isə artıq etibarlılıq müddəti göstərilir. Yəni bunu düzgün izah etmək lazımdır", - deyə o, əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31